10 Sentyabr 2024 / 09:24

POLİSDƏN XÜSUSİ ƏMƏLİYYAT: MİRAĞA SÜLEYMANOV SAXLANILIB

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirağa Süleymanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, həmin şəxs marixuananı tanışı Bəhruz Məmmədovdan aldığını bildirib. Davam etdirilən tədbirlərlə B.Məmmədov da saxlanılıb. Onun yaşadığı ünvandan çətənə bitkiləri və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!