Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Quba, Ağdaş, Ağcabədi, Şəki, Zaqatala, Qəbələ, Şamaxı, Qazax, Goranboy, Gədəbəy, Astara, Masallı, Şabran və Sabirabad rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Tezadlar.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələrinin, rayon sakinlərinin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 1.7 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyalar insanlarda ekoloji məsuliyyət hissinin yaradılması və tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanın təmin edilməsi məqsədi daşıyır.
R.XUDATQIZI