Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz uçan aparat Belqorod vilayəti səmasında vurulub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.
PUA Moskva vaxtı ilə saat 11:00 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Onun köməyi ilə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində terror aktı törətməyə cəhd edib, – hərbi idarə vurğulayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, söhbət təyyarə tipli drondan gedir.
Bundan əvvəl, oktyabrın 1-də bölgənin rəhbəri Vyaçeslav Qladkov növbəti hücum barədə məlumat vermişdi.
E.ŞİRİNOV