5 Oktyabr 2024 / 09:36

DİN: ÖTƏN GÜN 2 AVTOMAT SİLAHI VƏ 7 TÜFƏNG TƏHVİL GÖTÜRÜLÜB

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, oktyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 2 avtomat silahı, 2 tapança, 3 qumbara, 4 alışdırıcı, 7 tüfəng, 15 patron darağı və 1343 müxtəlif çaplı patron aşkar edərək patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!