8 Oktyabr 2024 / 07:30

NEFT ANBARINDA BAŞ VERƏN YANĞINLA ƏLAQƏDAR 1047 NƏFƏR TƏXLİYƏ EDİLİB

Feodosiyada Qara dəniz sahili və Kamışı yaxınlığındakı ərazilərdə 1047 nəfər neft anbarında baş verən yanğınla əlaqədar müvəqqəti yaşayış məntəqələrinə təxliyə edilib.

Tezadlar.az bildirir ki, bu barədə şəhər administrasiyasının rəhbəri İqor Tkaçenko Telegram kanalında məlumat verib.

“Çernomorskaya sahili və Kamışı yaxınlığındakı ərazilərdə yaşayan insanların təhlükəsizliyini təmin etmək üçün 1047 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərinə təxliyə edilib”, – məlumatda deyilir.

Şəhər rəhbəri dəqiqləşdirib ki, insanlar qeydiyyatdan keçib həkimlər tərəfindən müayinə olunduqdan sonra şəhərdəki mehmanxana və pansionatlara yerləşdirilib.

E.ŞİRİNOV  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!