Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Oktyabr 2024 / 04:55

BİR GECƏDƏ RUSİYA BÖLGƏLƏRİ ÜZƏRİNDƏ UKRAYNAYA MƏXSUS 10 PUA VURULUB

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rostov, Belqorod, Bryansk və Kursk vilayətləri üzərində Ukraynaya məxsus 10 PUA-nı məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisində hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Ukraynaya məxsus 10 pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Dörd PUA Rostov vilayəti ərazisində, üç PUA Belqorod vilayətində, iki PUA Bryansk vilayətində və bir PUA Kursk vilayəti ərazisində vurulub”, – departamentdən bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!