Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Oktyabr 2024 / 05:54

YANĞIN NƏTİCƏSİNDƏ 3 NƏFƏR ÖLÜB

Tomsk vilayətində baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Poludenovka kəndində yaşayış binası yanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərkən 49, 34 və 30 yaşlı üç kişinin cəsədini aşkar ediblər”, – məlumatda deyilir.

Yanğının söndürülməsinə 8 yanğınsöndürən və iki texnika cəlb olunub. Evdə yanğın detektoru olmadığından sakinlər vaxtında binanı tərk edə bilməyiblər.

Hazırda faciə yerində Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri işləyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!