Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsrail aviasiyası radikal şiə islamçı qrup “Hizbullah”ın dəniz bazasına hücum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) Telegram-da məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Beyrutdakı “Hizbullah”ın silah anbarlarına, komanda mərkəzlərinə və əlavə terror obyektlərinə zərbələr endirib”, – nəşr yazır.
İMQ ofisi bildirib ki, vurulan hədəflərdən bəziləri yeraltı olub, onlara hava və dəniz texnikası da daxildir.
Bundan əvvəl İsrail təyyarələri “Hizbullah”a bağlı “Qard Əl-Həsən” maliyyə təşkilatının binasını vurmuşdu.
E.ŞİRİNOV