23 Oktyabr 2024 / 05:15

KAFEDƏ KÜTLƏVİ DAVADA BİR NƏFƏR ÖLÜB

Sverdlovsk vilayətinin Boqdanoviç şəhərində kafedə baş verən kütləvi dava nəticəsində bir nəfər ölüb, cinayət işi açılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RF İK-nin mətbuat xidməti məlumat yayıb.

“Mətbuatda Boqdanoviçin kafelərindən birində baş verən kütləvi davanın videoyazısı yayılıb. Münaqişə iştirakçılarından birinin öldüyü qeyd olunur”, – məlumatda deyilir.

İstintaqçılar ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olana qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!