27 Oktyabr 2024 / 06:30

QADIN ŞƏRİKİ İLƏ MÜBAHİSƏ ZAMANI ONA BIÇAQLA XƏSARƏT YETİRİB

45 yaşlı qadın mübahisə zamanı 40 yaşlı partnyorunu bıçaqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV-dəki mənbə məlumat yayıb.

“Hadisə oktyabrın 26-da axşam saatlarında Sankt-Peterburqda Uşinski küçəsində baş verib. 45 yaşlı qadın mübahisə zamanı şərikini bıçaqlayıb”, – mənbə bildirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin bütün şəraiti aydınlaşdırılır.

Daha əvvəl bildirilmişdi ki, Moskva vilayətinin Zaprudnya fəhlə kəndində oktyabrın 19-da bir nəfər onun yüksək səsli musiqisini bəyənməyən qonşusunu öldürüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!