29 Oktyabr 2024 / 05:04

MEDİA: İSRAİL ƏSGƏRLƏRİ QƏZZANIN ŞİMALINDA MƏKTƏBİ YANDIRIBLAR

İsrail əsgərləri Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Yaxın Şərq Agentliyinin himayəsi altında olan məktəb binasını yandırıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “WAFA” agentliyi məlumat yayıb.

Məlumata görə, Əl-Fəxur məktəbinə hücum edilib.

İsrail ordusunun ərazidəki yaşayış binalarına zərbələr endirdiyi də qeyd edilir.

Əl-Cəzirə daha əvvəl Cəbəliyyə qaçqın düşərgəsinin intensiv tank hücumları və artilleriya atəşinə tutulduğunu bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!