Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Oktyabrın 31-də Qəzza zolağında ən azı 95 fələstinli İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, anklavın şimal hissəsində çoxsaylı aviazərbələr nəticəsində azı 75 fələstinli həlak olub. Sektorun digər ərazilərində isə ən azı 20 nəfər həlak olub.
Fələstin anklavının Səhiyyə Nazirliyinin departamentin Telegram kanalında dərc etdiyi bəyanatda qeyd edildiyi kimi, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 43 204 nəfərə yüksəlib, 101 641 nəfər yaralanıb.
E.ŞİRİNOV