Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsrail Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədrini Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (QYİA) ilə əməkdaşlığa son verdiyi barədə məlumatlandırıb.
Tezadlar.az bildirir ki, bu barədə yəhudi dövlətinin daimi nümayəndəsi Dani Danon X sosial şəbəkəsində məlumat verib.
“QYİA-nın HƏMAS tərəfindən ələ keçirilməsini sübut edən BMT-yə təqdim etdiyimiz geniş dəlillərə baxmayaraq, BMT vəziyyəti düzəltmək üçün heç bir iş görməyib”, – deyə o yazıb.
Danon vurğulayıb ki, İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, lakin bu, ölkəyə qarşı “terrorizmi təşviq edən” təşkilatlara şamil edilmir.
Bundan əvvəl İsrail parlamenti QYİA-nın ölkədə fəaliyyətini qadağan etmişdi.
E.ŞİRİNOV