Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Noyabr 2024 / 09:25

Aİ LİDERLƏRİ NÖVBƏTİ SAMMİTDƏ TRAMPIN QƏLƏBƏSİ İLƏ BAĞLI TƏCİLİ MÜZAKİRƏ APARACAQLAR

Aİ liderləri noyabrın 7-8-də Budapeştdə keçiriləcək sammitdə respublikaçı Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Avropa İttifaqının gələcək fəaliyyətləri ilə bağlı təcili müzakirə aparacaqlar. Əsas mövzular AB ilə ABŞ arasında yeni ticarət müharibəsinin riskləri və Vaşinqtonun Kiyevə dəstəyinin azalması olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə bildirib.

“Budapeştdəki qeyri-rəsmi sammit liderlər üçün Aİ-nin Trampın qələbəsinin nəticələrinə hazırlığı ilə bağlı təcili müzakirə aparmaq üçün yaxşı fürsət olacaq. Burada bu hadisə iki əsas risklə əlaqələndirilir – ABŞ-la iqtisadi münasibətlərin çətinləşməsi, yeni ticarət müharibəsi başlayana qədər və Ukraynaya hərbi yardımın azaldılması ehtimalı”, – diplomat qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!