Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Noyabr 2024 / 08:20

FTX UKRAYNA HƏRBİ KƏŞFİYYAT AGENTİNİ SAXLAYIB

FTX (Federal Təhlükəsizlik Xidməti) əməkdaşları Ukrayna hərbi kəşfiyyatına Mərkəzi Federal Dairənin hərbi-sənaye kompleksinin müəssisələrindən birinin işi barədə məlumat ötürən rusiyalını saxlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“2003-cü il təvəllüdlü Rusiya vətəndaşı dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb”, – FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. – “Kuratorların göstərişi ilə pul mükafatı üçün təcavüzkar Mərkəzi Federal Dairənin müdafiə müəssisələrindən birinin istehsal fəaliyyəti ilə bağlı məlumat, foto və video materialları toplayıb ötürüb”.

FTX-nin məlumatına görə, şübhəli şəxs internet messencer vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri ilə fəal şəkildə əlaqə yaradıb.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir, – Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!