25 Noyabr 2024 / 10:41

GÜRCÜSTANIN 11-Cİ ÇAĞIRIŞ PARLAMENTİ ÖZ SƏLAHİYYƏTLƏRİNİN İCRASINA BAŞLAYIB

Oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra yaradılmış 11-ci çağırış Gürcüstan parlamenti qanunverici orqan qarşısında etiraz aksiyasına baxmayaraq, öz vəzifələrini icra etməyə başlayıb.

Tezadlar.az xəbər verir ki, parlamentin ilk iclası qanunverici orqanın saytında yayımlanıb.

Deputatlar səs çoxluğu ilə onların parlamentari kimi hüquq və səlahiyyətlərinin tanınması barədə qətnaməyə səs veriblər.

Gürcüstan Konstitusiyasına görə, parlament öz vəzifələrini yerinə yetirməyə başladıqdan sonra hökumət istefa verib. Bundan sonra bütün nazirlər, eləcə də baş nazir yeni kabinetin təsdiqinə qədər səlahiyyətlərini icra edəcəklər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!