Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyə xüsusi xidmət orqanları “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 54 nəfəri saxlayıb.
Tezadlar.az bildirir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.
“İŞİD terror qruplaşmasına qarşı 18 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb”, – nazir X sosial səhifəsində yazıb.
O qeyd edib ki, saxlanılan şəxslər “İslam Dövləti”nə üzv olmaqda, terror təşkilatının yaraqlılarına yardım və sığınacaq verməkdə, eləcə də sosial şəbəkələrdə təbliğat aparmaqda şübhəli bilinirlər. Prokurorluq həbslərlə bağlı cinayət işi açıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib.
Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində respublikada terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 mindən çox insan saxlanılıb.
E.ŞİRİNOV