Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır, lakin döyüşlərin dərhal dayandırılması üçün şərtləri iyun ayında Rusiya prezidenti Vladimir Putin irəli sürüb.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezident Putin dəfələrlə bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır və ilk növbədə qlobal Cənub ölkələrindən gələn sülh təşəbbüslərini alqışlayır. BRİKS tərəfdaşlarımız – Çin, Hindistan, Braziliya, Cənubi Afrika artıq Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanının humanitar yolu üzərində işləyir”, – Peskov deyib.
“Ukrayna ilə bağlı mövqeyimiz yaxşı məlumdur ki, hərbi əməliyyatların dərhal dayandırılması üçün şərtlər bu ilin iyununda Rusiya Xarici İşlər Nazirliyində çıxışı zamanı ortaya qoyulub”, – Kreml nümayəndəsi bildirib.
E.ŞİRİNOV