9 Dekabr 2024 / 08:05

DİN: SON İKİ GÜNDƏ 4 AVTOMAT VƏ 11 TÜFƏNG TƏHVİL GÖTÜRÜLÜB

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, dekabrın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 qumbaraatan, 11 tüfəng, 14 patron darağı və 1151 müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!