17 İyun 2021 / 18:45

BAKIDA QADININ PULUNU OĞURLAYAN TUTULDU

Bakıda qadının çantasından pul oğurlayan şəxs tutulub.

1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir, S.Kazımovun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı təsdiqləyib: “Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!