Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya qoşunları Zaporojye vilayətinin Orexovski istiqamətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) nəzarətində olan Malaya Tokmaçka kəndi yaxınlığında mövqelərini yaxşılaşdıraraq irəliləyiblər.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya Federasiyası İctimai Palatasının suverenlik, vətənpərvərlik layihələri və veteranlara dəstək məsələləri üzrə komissiyanın sədri Vladimir Roqov məlumat verib.
“Zaporojye vilayətində, Malaya Tokmaçka bölgəsində qoşunlarımız cəbhə xətti boyunca mövqelərini yaxşılaşdıraraq irəlilədilər. Qulyaypole şəhəri ərazisində Ukrayna Silahlı Qüvvələrinin artilleriya qurğuları və onların ekipajları əhatə olunub”, – Roqov bildirib.
E.ŞİRİNOV