Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Dekabr 2024 / 11:06

ZELENSKİ: KİYEV BAŞA DÜŞÜR Kİ, UKRAYNA HƏLƏ NATO-YA QƏBUL EDİLƏ BİLMƏZ

Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın CBN telekanalına müsahibəsində deyib ki, Kiyev ABŞ və tərəfdaşlarının hələlik ölkəni NATO-ya qəbul edə bilməyəcəyini başa düşür.

“Dəvət ilk addımdır. Bu hələ NATO deyil, amma oraya gedən yol budur. Bu dürüst münasibətdir, dürüst cavabdır. Biz başa düşürük ki, ABŞ və digər tərəfdaşlar Ukraynanı NATO-ya qəbul edə bilməz”, – Zelenski paylaşıb.

Bundan əvvəl vətənə xəyanət ittihamı ilə həbs edilən Rada deputatı Aleksandr Dubinski bildirib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrində səfərbərlik yaşını aşağı salacağı təqdirdə ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukraynanı NATO-ya dəvət edə bilər.

Onun sözlərinə görə, ABŞ-ın indiki administrasiyası “gəncləri ətçəkən maşına ata bilər” ki, yeni seçilmiş prezident Donald Tramp münaqişəni dayandıra, audit apara və Demokratlar Partiyasının Ukrayna ilə bağlı oğurluqlarını müəyyən edə bilməsin.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!