Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qəzza zolağı ilə bağlı danışıqlarda irəliləyiş var, lakin girovların azad edilməsi ilə bağlı razılaşmalar hələ əldə edilməyib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat yayıb.
İsrail nümayəndəsi ümidvar olduğunu bildirib ki, beynəlxalq səylər son nəticədə uğur qazanacaq və tezliklə qurtuluş olacaq.
Bundan əvvəl İsrail nümayəndə heyəti atəşkəs və Qəzza zolağında girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya gəlib. Qeyd olunur ki, nümayəndə heyətinə ordunun “Şin Bet” kəşfiyyat xidmətinin, həmçinin “Mossad” kəşfiyyatının nümayəndələri daxildir.
E.ŞİRİNOV