30 Dekabr 2024 / 06:26

“AEROFLOT” TƏYYARƏSİ DAŞKƏNDDƏ MƏCBURİ ENİŞ EDİB

Fərqanədən Moskvaya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə sərnişinin səhhətinin pis olması səbəbindən Daşkənd beynəlxalq hava limanına məcburi eniş edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Özbəkistan Hava Limanlarının mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus SU1971 reysi ilə Fərqanə-Moskva reysi ilə uçan təyyarə Daşkənd hava limanında təcili eniş edib, buna səbəb sərnişinlərdən birinin səhhətinin pis olmasıdır”, – məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, təyyarə eniş etdikdən sonra 1954-cü il təvəllüdlü sərnişin insult şübhəsi ilə Daşkənddəki tibb müəssisələrindən birinə yerləşdirilib və Rusiya aviadaşıyıcısının təyyarəsi Moskvaya uçub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!