2 Yanvar 2025 / 07:56

ATƏŞFƏŞANLIQLA DRİFT ETMƏYƏ BAŞLAYIB, AMMA…

Başqırdıstanda bir adam Ufa küçələrində atəşfəşanlıqla drift təşkil etmək qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə yanvarın 2-də Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Santa Klaus saxlanılaraq polisə aparılıb”, – məlumatda deyilir.

İdarədən verilən məlumata görə, drift edən şəxs bir neçə maddə üzrə, o cümlədən pirotexniki məmulatlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Yeni il “zarafatı” üçün driftçi 20 min rubla qədər cərimə ilə üzləşib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!