5 Yanvar 2025 / 08:48

SAHİL MÜHAFİZƏ HELİKOPTERİ QƏZAYA UĞRAYIB: 3 NƏFƏR HƏLAK OLUB

Hindistanın Sahil Mühafizəsinə məxsus Dhruv helikopteri Qucarat ştatının qərbində təlim missiyası zamanı qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ANI xəbər agentliyi məlumat yayıb.

Hadisə Porbandardakı Sahil Mühafizəsinin məsuliyyət zonasında baş verib. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

ANI-nin məlumatına görə, təyyarədə iki pilot da daxil olmaqla üç nəfər olub. Hamı ölüb.

Hindistan Sahil Mühafizəsi hadisə ilə bağlı araşdırma aparır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!