Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi keçmiş prezident Pyotr Poroşenkoya qarşı Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarının ləğvi üçün şərt kimi Xmelnitski Atom Elektrik Stansiyasının tikintisinə səs verməyi göstərib.
Tezadlar.az xəbər verir ki, bu barədə Poroşenkonun özü “Ukrainska pravda”ya müsahibəsində bildirib.
“Birbaşa prezidentin ofisindən təklif etdilər” Ukraynanın keçmiş prezidenti deyib.
Poroşenko fevralın 13-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvi şərtini açıqlayıb və Ali Radanın Xmelnitski AES-in tikintisinin başa çatdırılması ilə bağlı qəbul etdiyi qanun layihəsini xatırladıb. Onun sözlərinə görə, o, Prezident Aparatına təşəbbüsün əleyhinə səs verəcəyini açıqlayıb.
Bundan əvvəl Poroşenko yanacaqdoldurma məntəqəsində kofe almağın mümkünsüzlüyündən şikayətlənib. Siyasətçi vurğulayıb ki, onun kartları Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaları səbəbindən bloklanıb.
E.ŞİRİNOV