Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Fevral 2025 / 17:58

Prezidentin mətbuat katibi vəzifəsindən azad edilib – SƏRƏNCAM

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 58 yaşlı A.Qasımov 2004-cü ildən sözügedən vəzifəni icra edirdi.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2025-ci il

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!