Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2025 / 16:10

Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir- AZAL

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin J2-8230 nömrəli Tbilisi-Bakı reysi texniki səbəblərdən gecikir. Bu barədə tezadlar.az sorğusuna cavab olaraq AZAL-dan bildirilib. Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Əlavə suallar yaranarsa,  sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. “AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk. Yaxın saatlarda təyyarənin Bakıya yola düşməsi gözlənilir”, – deyə aviaşirkət bəyan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!