20 Fevral 2025 / 14:39

Daha bir təyyarə qəzası – iki nəfər ölüb

Rusiyanın Nijeqorod vilayətində kiçik mühərrikli RV-7 təyyarəsi qəzaya uğrayıb.

TEZADLAR.AZ  Rusiya KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində iki nəfər olub və heç biri qəzadan sağ çıxmayıb.

Məlumata görə, təyyarə Vostoçnıy aerodromunun yaxınlığında sərt eniş edib və yanmağa başlayıb.

Enişdən dərhal sonra yaralı pilotun təyyarənin yandığı barədə dispetçer qülləsini məlumatlandırdığı bildirilir.

Aviaqəzanın səbəbləri araşdırılır.

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!