21 Fevral 2025 / 20:36

Qarabağ müharibəsinin veteranı minaya düşdü- xəstəxanaya çatdırıldı

Ağdərə rayonu Sırxavənd kəndinə yaxın olan Xocalı rayonunun Ulubab adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Tezadlar.az bildirir ki, yaxınlarının şəhid olduqları ərazini ziyarət etməyə gedən Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov xəsarət alıb. Xəsarət alan N.İmanova hadisə yerində ilkin tibbi yardım göstərilib və onu xəstəxanaya çatdırıblar.

Qeyd edək ki, zərərçəkənin atası Novruz İmanov 1991-ci ilin iyul ayında, qardaşı Mahal İmanov, həmçinin 2 nəfər yaxın qohumu ermənilər tərəfindən öldürülərək “KRAZ” markalı yük maşınında yandırılıb. Əslən Ağdərənin Sırxavənd kəndindən olan N.İmanov Birinci Qarabağ müharibəsinin bölük komandiri kimi ehtiyata buraxılıb.

Bəli, düşmənin mənfur siyasətinin qurbanları hələ də var və əsasən də mülki insanlarımız zərər çəkirlər.

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!