Əsas məzmuna keç

Tanınmış ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadə bu həyata gözlərini yumub

Tanınmış ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadə bu həyata gözlərini yumub. Bu barədə professorun qızı Ayfər Nizaməddinqızı məlumat verib.

Nizaməddin Şəmsizadə bir müddət idi şəkər xəstəliyindən əziyyət çəkirdi. O, son vaxtlar komaya düşmüşdü. O, xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalıb.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.

“Təzadlar” alimin ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…