Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda yağan qar yollarda sürücülərə və xeyli sayda avtomobillərə zərər vurduğu kimi, yol iştirakçısı olan piyadalara da “sürprizindən” qalmayıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən tezadlar.az-a bildirilib ki, qarlı və şaxtalı hava ilə bağlı indiyədək 90-ı qadın, 90-ı kişi olmaqla, 180 nəfərin müraciəti qeydə alınıb. Sitat: “Xəsarər alan 173 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 12 nəfərə yerində yardım edilib… “.
Piyadalara və sürücülərə gecə saatlarında şaxta olduğundan bir daha yollarda, xüsusən də axşam və səhər tezdən, ehtiyatlı olmaq tövsiyyə edilir.
Elbar