Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidenti Vladimir Zelenski ən çətin siyasi döyüşünə girib.
Tezadlar.az xəbər verir ki, bu fikri Britaniyanın “Financial Times” (FT) qəzeti bildirib.
Qərb nəşri qeyd edir ki, Rusiya ilə üç illik hərbi münaqişədən sonra Kiyevin səyləri mənasını itirməyə başlayıb.
Vurğulanır ki, ABŞ prezidenti Donald Tramp Moskva ilə sülh razılaşmasında israr edir və bununla da Ukrayna prezidentini aşağılayır.
“FT” Zelenskinin hakimiyyətinin yaxın həftələrdə ən təhlükəli mərhələsinə keçəcəyini proqnozlaşdırmışdı. Qəzet vurğulayıb ki, Ukrayna lideri üçün problem başqa ölkələrin dəstəyini necə qoruyub saxlamaqla bağlıdır.
ELBAR