Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kursk uğrunda bir müddətdir davam edən qanlı döyüşlərdən sonra rəsmi Moskva ilə Kiyev arasında Ukraynanın Kursk sakinlərinin təxliyə edilməsi ilə bağlı razılıq əldə edilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ombudsmanı Tatyana Moskalkova rəsmi bəyanatında deyib. Moskalkova deyib ki, Ukraynanın Sum vilayətində olan Kursk vilayəti vətəndaşlarının Belarus vasitəsilə Rusiyaya təxliyə olunması barədə razılıq əldə olunub. Xatırladaq ki, 2024-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə daxil olaraq, böyük bir ərazisini nəzarətə götürüb. Nəticədə vilayətinin Ukrayna qoşunlarının nəzarətinə keçən hissəsinin sakinlərinin bir qismi Sum vilayəti ərazisinə köçürülüb. İndi cəbhə bölgəsi olduğundan mülki əhalinin köçürülməsi zərurəti yaranıb.
A.Məmmədli