Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynada sülh mövcud münaqişədən daha təhlükəli olacaq.
Tezadlar.az xəbər verir ki, “Gazeta.Ru”nun Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bunu Danimarkanın baş naziri Mette Frederiksen Kiyevə rəsmi səfəri zamanı deyib.
Xatırladaq ki, fevralın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Antonio Kosta da daxil olmaqla, Avropa ölkələrinin liderləri Kiyevə gəliblər. Media onların Kiyevə dəstək ifadə etməyə hazırlaşdıqlarını yazıb.
“Bir çox insanlar sülh yolu ilə nizamlanmanın və ya atəşkəsin yaxşı ideya olduğunu düşünür, lakin biz Ukraynada sülhün əslində indi gedən müharibədən daha təhlükəli olduğunu düşünürük”, Frederiksen Kiyevə gəldikdən sonra deyib.
Bundan əvvəl Danimarkanın baş naziri bəyan etmişdi ki, ABŞ öz ordusunun hissələrini Ukrayna ərazisinə göndərməlidir. Onun fikrincə, bunu “sülhü qorumaq” üçün etmək lazımdır.
ELBAR