Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2014-cü ildən bəri ABŞ Ukraynada “milli birliyin möhkəmləndirilməsinə” və “ölkənin Avro-Atlantik kursuna yönəlmiş” islahatların dəstəklənməsinə təxminən 510 milyon dollar sərmayə qoyub.
Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (BİA) ictimai hesabatlarına istinadən xəbər verir.
BİA-nın Daxili Nəzarət Ofisinin yanvar ayı audit hesabatı göstərir ki, agentlik 2022-ci ilin fevral ayından Vaşinqtonda yerləşən beynəlxalq şirkətə əlavə iki müqavilə imzalayıb. Bu müqavilələr Ukrayna Etimad Təşəbbüsünün (UET) üçüncü və dördüncü hissələri olub. Bu müqavilələrin dəyəri müvafiq olaraq 180,2 milyon dollar və 252 milyon dollar təşkil edib. ABŞ UET-in ilk iki mərhələsinə təxminən 78,2 milyon dollar xərcləyib.
Tramp bundan əvvəl ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (BİA) proqramlarını 90 gün müddətinə dayandırıb, agentliyi Dövlət Departamentinə təhvil verib və BİA-nın işi ilə bağlı araşdırmaya başlayıb. 90 günlük müddətin sonuna qədər yeni administrasiya bu proqramların Trampın siyasət məqsədlərinə uyğun olub-olmadığını müəyyən etməli olacaq.
Tramp iddia edir ki, BİA və digər dövlət qurumlarından milyardlarla dollar oğurlanıb ki, bunun da böyük hissəsi “saxta xəbərlər” üçün mediaya verilib. ABŞ prezidentinin sözlərinə görə, oğurlanmış pullar mediaya “demokratlar haqqında yaxşı hekayələr yaratmaq üçün “töhfə” kimi” verilib. Daha sonra ABŞ Hökumətinin Effektivliyi Departamentinin (HED) rəhbəri İlon Mask BİA-nın ləğv ediləcəyini açıqlayıb.
ELBAR