25 Fevral 2025 / 13:05

Gürcüstan Rusiyaya qarşı sanksiyalardan imtina etməsini tarixi qərar adlandırıb

Gürcüstanın 2022-ci ildə Rusiyaya qarşı sanksiyalardan imtina etməsi tarixi qərar idi.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

“Bu, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin verdiyi tarixi qərar və bəyanat idi. Sonra Gürcüstanda birbaşa eskalasiya cəhdi oldu ki, bu da Ukraynadakı hərbi münaqişəyə cəlb olunsun”, – o deyib.

İ.Kobaxidze qeyd edib ki, əgər Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulsaydı, onu iqtisadi dağıntılar gözləyirdi.

Bundan əvvəl Tbilisi meri Kaxa Kaladze bildirib ki, bəzi Qərb ölkələrinin nümayəndələri kobud şəkildə Gürcüstan hakimiyyətindən Rusiyaya qarşı ikinci cəbhə açmağı tələb ediblər. Onun sözlərinə görə, Gürcüstandan Ukraynaya könüllülərin köçürülməsini təşkil etmək, həmçinin Moskvaya qarşı sanksiyalar tətbiq etmək tələb olunub.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!