25 Fevral 2025 / 13:44

Deputat və oğlu qətldə şübhəli bilinərək saxlanılıb

Çelyabinsk vilayətinin Bredinski bələdiyyə rayonunun Rımnik kənd qəsəbəsinin başçısı, rayon deputatı və oğlu qadını qaçırıb öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, fevralın 23-də axşam saatlarında Rımnikski kəndində əvvəllər yaranmış münaqişə zəminində spirtli içkidən sərxoş vəziyyətdə olan şübhəlilər 46 yaşlı qadını evindən qaçırıb, sonra isə öldürüblər. Mətbuat xidməti cinayəti törətməkdə şübhəli bilinən şəxslərin saxlanıldığını vurğulayıb.

Şöbədən əlavə edilib ki, şübhəlilər barəsində “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həyat üçün təhlükəli olan zor tətbiq etməklə, silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə insan oğurluğu” və “Qabaqcadan əlbir qrup tərəfindən xüsusi amansızlıqla törədilmiş adam oğurluğu ilə bağlı adam öldürmə” maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisənin bütün şəraiti araşdırılır.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!