27 Fevral 2025 / 12:19

Baş prokuror Beyləqanda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev martın 4-ü saat 10:00-da Beyləqan Rayon Prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd və Cəbrayıl rayon sakinlərinin müraciətini dinləyəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Beyləqan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə də qəbula yazıla bilərlər.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!