27 Fevral 2025 / 12:19

Bakıda qar yağandan bəri sürüşüb xəsarət alanların sayı açıqlandı – daha çox kişilər…

Təxminən bir həftədir davam edən qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 347 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə TEZADLAR.AZ-a  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onlardan 163-ü qadın, 184-ü kişidir. Müraciət edənlərdən 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Digər  32 nəfərə isə yerində yardım olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!