27 Fevral 2025 / 15:57

Qarsevənlərə muştuluq: daha 3 gün qar yağacaq!

Milli Hidrometeorologiya Xidmətindən “Təzadlar”a bildirilib ki, sabah fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.  Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq. Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq. Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqadar bəzi yollar buz bağlayacaq.

Qar bərəkətdir, amma onun soyuğundan və buzundan ehtiyatlı olmaq isə mütləqdir!

Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!