Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ötən gecə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində keçirilən antiterror əməliyyatı zamanı Kaspiyski şəhərində Daxili İşlər Nazirliyinin obyektində terror aktı törətmək istəyən 4 nəfər məhv edilib. Tezadlar.az “ORT-1″ə istinadla xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, mülki əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində və yaxınlıqdakı anbarda qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və onlar üçün döyüş sursatı aşkar ediblər.
Mövcud məlumata görə, dəstənin fəaliyyətini beynəlxalq terror təşkilatı “İŞİD”in üzvləri koordinasiya edib. İstintaq bəzi təfərrüatları araşdırır.
Elbar