26 Mart 2025 / 09:34

“Təəssüf ki, Ukraynadakı nüvə silahları Rusiyaya məxsus olub”

Tezadlar.az Reuters- ə istinadla bildirir ki, Trampın xüsusi nümayəndəsi Riçard Qrenel SSRİ dağılandan sonra Ukrayna ərazisində olan nüvə silahlarının Rusiyaya məxsus olduğunu və bunun xoşagəlməz hal olduğunu bildirib. Sitat: “Gəlin Budapeşt Memorandumu ilə bağlı açıq danışaq. Nüvə silahları Rusiyaya məxsus idi və onun qalıqları idi. Ukrayna nüvə silahlarını Rusiyaya qaytardı. Onlar Ukraynaya məxsus deyildi. Bu, olduqca bağışlanmaz haldır… Mən Budapeşt Memorandumunun müzakirəsinə kömək etdim. Ukraynadakı nüvə başlıqları Rusiyaya aid deyil, keçmiş sovetlərin idi. Anbarda olan döyüş başlıqları yalnız Ukraynanın öhdəsində idi. Borcların silinməsi üçün Rusiyaya göndərilən az sayda ICBM və bombardmançı təyyarələr Ukraynada ləğv edildi.”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!