1 Aprel 2025 / 10:50

Fransada jurnalistlər ayağa qalxdı

Fransada televiziya və radio sahəsində çalışan jurnalistlər 2 günlük tətilə başlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə  “Boursorama” saytı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, jurnalistlər bir neçə televiziya və radionun bir holdinqdə birləşdirilməsi layihəsinə etiraz edirlər. Ölkənin mədəniyyət nazirliyinin hazırladığı layihə Milli Assambleyanın (parlamentin aşağı palatası) aprelin 10-da keçiriləcək iclasının gündəliyinə salınıb.

Televiziya işçilərinin həmkarlar təşkilatı bildirir ki, qanun layihəsi qəbul edilərsə çox ciddi nəticələr doğuracaq.

Və belə məlum olur ki, dördüncü hakimiyyət hesab olunan jurnalistləri də həmin qanun layihəsinin səbəb olacağı vəziyyət ayağa qaldırıb…

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!