Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Fevral 2025 / 12:24

Kim hansi TV-də hansı verilişə baxır?- Audiovizual Şuradan təhlil

Audiovizual Şura 2024-cü il ərzində açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil etmişdir…

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən “Təzadlar”a bildirilib ki, 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

23,4% – informasiya və analitik proqramlar

16,0% – idman proqramları

14,1% – reklam məzmunlu materiallar

13,5% – musiqi və əyləncəli proqramlar

12,8% – bədii filmlər və seriallar

8,7% – mədəni-maarif janrında proqramlar

3,3% – anonslar və elanlar

3,1% – sənədli film və materiallar

2,8% – sosial proqramlar

1,2% – uşaq proqramları və cizgi filmləri

1,1% – sosial çarxlar

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.

Beləliklə, “Ən baxımlı kanal” deməklə deyil, Şura sübut edir ki, tamaşaçılar daha çox lağlağı verilişlərin deyil, informasiya və analitik təhlillərin vurğunudur!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!