3 Aprel 2025 / 12:27

ABŞ İrana zərbə endirməyə hazırlaşır, İran isə hava məkanını bağlayır

ABŞ yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır. Tezadlar.az 24News.ge-ə istinadla  xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri anonimlik şərti ilə məlumat verən israilli siyasətçilərə və hərbçilərə istinadən yazıb. Bundan başqa ABŞ Prezidenti Donald Tramp ötən həftə sonu İranı bombalamaqla hədələyib. Bu təhdid, ABŞ-nin Hind okeanında yerləşən strateji bazaya B-2 “stealth” bombardmançı təyyarələrini yerləşdirməsi fonunda baş verib. Bu təyyarələr, Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün istifadə edilən bazaya yerləşdirilib. Tramp qeyd edib ki, əgər İran Vaşinqtonla yeni nüvə sazişi bağlamasa, ABŞ onu bombalayacaq. O, martın əvvəlində İran rəhbərliyinə göndərdiyi məktubda danışıqlar üçün şərtlərini irəli sürüb və Tehranı qərar vermək üçün iki aylıq müddət çərçivəsinə salıb. Bu arada İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib. Qeyd olunur ki, müvafiq qərarlar ABŞ-ın təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib. İranın ali rəhbəri Ayətullah Əli Xamenei öz növbəsində bildirib ki, əgər ABŞ Prezidenti Donald Trampın Tehranı bombalamaq təhdidini həyata keçirsə, Vaşinqton güclü zərbə alacaq.

 

www.24news.ge

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!