3 Aprel 2025 / 18:37

Güclü tornado ABŞ-ı vurdu…

Çox güclü tornado ABŞ-ın Arkanzas ştatındakı magistral yolu keçərək elektrik xətlərini vurub sıradan çıxarıb.

Tezadlar.az    xəbər verir ki, ABŞ-ın meteoroloji xidməti ştatın bir sıra şəhərlərinə mümkün ciddi dağıntılar barədə xəbərdarlıq edib.

Bununla əlaqədar olaraq, sakinlər dərhal davamlı tikililərin ən aşağı mərtəbələrindəki zirzəmilərdə və ya daxili otaqlarda sığınacaq axtarmalıdırlar. Qasırğanın martın 31-də ABŞ-ın beş ştatında 400 minə yaxın evi işıqsız qoyduğu bildirilir.

ABŞ-ın cənubundakı Miçiqan ştatının fırtınadan ən çox zərər çəkdiyi – 248,2 min evin işıqsız qaldığı qeyd edilir. Viskonsin (64,1 min), İndiana (50,6 min), Missisipi (22,2 min) və Luiziana (18,6 min) ştatlarında da elektrik enerjisi kəsilib.

Bundan daha əvvəl isə ABŞ-da tornado nəticəsində 300 minə yaxın insan işıqsız qalıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!