5 Aprel 2025 / 08:05

Rusiya NATO- dan üç dəfədən də çox silah buraxır?

“NATO ölkələrinin bir ilə istehsal etdiyi sursatı Rusiya cəmi üç aya istehsal edir… Tezadlar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte “CBS” telekanalına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, Rusiya NATO-nun ümumi iqtisadiyyatının cəmi 5 faizini təşkil etsə də, sursat istehsalında üstünlük əldə edib. Sitat:  “NATO-nun ümumi iqtisadi gücü Rusiyadan 20 dəfə böyükdür, lakin Rusiya bir ildə NATO-dan dörd dəfə çox sursat istehsal edir. Bu, tamamilə ağlasığmaz bir vəziyyətdir”.

Belə çıxır ki, dünyanın döyüşkən ölkələri xalqının güzəranını unudub öldürücü silahlar istehsalı ilə məşğuldur. Bəs bu ölkələrin aqibətini düşünən yoxdurmu?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!