5 Aprel 2025 / 08:24

Acarıstana yeni rəhbər təyin edildi

Ötən gün Acarıstan Muxtar Respublikasının yeni başçısı məlum olub. Tezadlar.az İMEDi TV- yə istinadla bildirir ki, prezident Mixeil Kavelashvili Sulxan Tamazaşvilinin namizədliyini irəli sürərək onu Acarıstan hökumətinin yeni sədri təyin edib. S.Tamazaşvili bu vəzifəyə qədər Tbilisi Polis Departamentinin rəhbəri olub. Qeyd edək ki, ötən gün səhər saatlarında Acarıstan hökumətinin keçmiş sədri Tornike Rijvadze vəzifədən istefa verdiyini açıqlayıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!